Minskdə KTMT hərbi komitəsinin iclası başlayıb
Bu gün Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası başlayıb. İştirakçılar hərbi təhlükəsizliklə bağlı məsələləri müzakirə edəcəklər.
İclasda Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Qırğızıstanın SQ Baş Qərarqah rəisinin birinci müavini, o cümlədən KTMT Baş Qərarqah rəisi iştirak edir. İclas Belarus Müdafiə nazirinin birinci müavini, SQ Baş Qərarqah rəisi Oleq Belokonyevin başçılığı ilə keçirirlir. Bu haqda “RiaNovosti” məlumat verir.
Gündəmə görə, iclas iştirakçıları əsas məsələlər haqqında müzakirələr keçirəcəklər və fikir mübadiləsi aparacaqlar.
KTMT Müdafiə Nazirləri Şurası yanında köməkçi orqanların formalaşma məsələsinə də toxunacaqlar. KTMT ölkələrinin SQ beynəlxalq uçuşlarının təşkil edilməsi də iştirakçıların diqqət mətkəzində olacaq.
Tədbirin sonunda memorendum imzalanacaq. Memorendumda ümümi qərarları və bunların həyata keçirilməsinə dair müvafiq təlimatıları qeyd olunacaqlar.