Ekonomika

Yerevanda azad iqtisadi zonanın yaradılması ilə bağlı müqavilə imzalanıb

Ermənistan Respublikasının İqtisadi inkişaf və İnvestisiya Nazirliyi  və “Syunik azad iqtisadi  zonası” MMC  arasında aprelin 19-da  Ermənistan Respublikasının Syunik rayonunda azad iqtisadi zonanın yaradılması ilə bağlı müqavilə imzalanıb. Müqaviləni nazir Suren Karayan və MMC-nin direktoru Eduard Ğukasyan imzalayıblar.

Müqavilənin mövzusu Ermənistan Respublikasının Syunik rayonun Agarak şəhərinin, Karçevan kənd icmaları və Araks çəyinin sahəsində yaradılmış kənd təsərrüfatı, emal sənayesi, elektrik təchizatı, topdansatış ticarət, elmi və texniki fəaliyyət , incəsənət, əyləncə və istirahət sahələrində logistik xarici iqtisadi fəaliyyətin  idarə olunması,  xarici iqtisadi fəaliyyətin infrastrukturunun yaradılması və inkişafı, təşkilatçının tərfəindən göstərilən xidmətlər, investisiya qoyuluşlar, xarici iqtisadi fəliyyətləri ilə bağlı digər hüquq münasibətləridir.

“Armenprerss”-in bildirdiyinə görə, başlanğıç 2017-ci ilin oktyabrın ortalarında planlaşdırılır.Birinci mərhələdə  təşkilatçılar tərəfindən  təxminən 10 milyon dollar investisiya qoyulması, azat iqtisadi  zonanın fəliyyəti ərzində isə  təxminən 120 şirkətin cəlb olunması gözlənilir.

Gözlənilir ki, bu şirkətlər 350-400 milyon dollalrlık investisiya qoyulacaqlar. Bunun nəticəsində 2500 yeni iş yerlərinin yaradılması da gözlənilir. Orta illik ixcaratı isə 80-100 milyon dollar ola bilər.

 

 

 

Daha çox göstər
Back to top button