İctimaiyyət

Forbes: Rusiyanın ən varlı adamları sayısında erməni əsilli 8 iş adamı var

Forbes jurnalının Rusiya xidməti Rusiyanın ən zəngin insanlarının siyahısını hazırlayıb. Siyahıya 200 iş adamı daxil olunub. Onların arasında erməni əsilli 8 iş adamı vardır.

18-ci yerdə Sergey Qalitskin-Harutyunyandır. O, “Magnit” ticarət şəbəkəsinin icraçı direktorudur. Onun 6.8 milyard dolları vardır. “Taşir Qrup” şirkətinin sahibi Samvel Karapetyanın imkanları isə, əvvəlki ilə nisbətən 300 milyon dollarla artıb. O, 3,4 milyard dolları ilə 32-ci yerdədir. “Rosgosstrakh” şirkətinin sahibi və icraçı direktoru Daniel Xaçaturov 2 milyard dollarla 48-ci yerdədir.

Reyting siyahısında Ruben Vardanyan 99-cu yeri alıb. Onun 950 milyon dolları vardır. Siyahıya “Skarlet” şirkətinin qurucusu Albert Avdolyan (800 milyon dollar), Nikolay və sergey Sargisovlar (700 milyon dollar) və Mamba və Badoo tanışlıq saytlarının qurucusu Andrey Andreyev (Andrey Ohancanyan 500 milyon dollar) də daxil olunublar.

Daha çox göstər
Back to top button