İctimaiyyət

«In Tour Expo 2017» beynəlxalq sərgisində turizm sahəsindən təxminən 80 şirkət iştirak edəcək

“Yerevan Expo” mərkəzində aprelin 21-dən 23-dək “Expo Qrup” şirkəti tərəfindən təşkil edilmiş “In Tour Expo 2017” 4-cü beynəlxalq ixtisaslaşdırılmış sərgisi keçiriləcək. Ermənistanda turizmin inkişafı üçün böyük potensial var. Dövlət və özəl sektorların effektiv əməkdaşlığı nəticəsində bu sahədə irəliləyiş və inkişaf getdikcə daha görünən olacaq.

“In Tour Expo 2017” sərgisi sahənin ən yaxşı mütəxəssisləri və istehlakçıları arasında əlaqələr qurmaq baxımından çox yaxşı platformdur. Əvvəlki illərin təcrübəsi göstərib ki, yeni mövsüm üçün ən yaxşı təklifləri buradan başlayırlar. Sərgi turizm təkliflərinin bütün çəşidlərini (sadəcə bütün Ermənistanda və artsaxda deyil, dünyanın müxtəlif ölkələrində də turların təşkil edilməsi, hava nəqliyyatı, mehmanxana sifarişi, iş turları və s.) aşkar edir.

“In Tour Expo 2017” sərgisində Ermənistan Respublikasından, Artsax Respublikasından, Rusiya Federasiyasından, İspaniyadan, Gürcüstandan, İsraildən, Çexiyadan, İran İslam Respublikasından  və digər ölkələrdən turizm sahəsinin təxminən 80 nümayəndəsi iştirak edəcək.

Daha çox göstər
Back to top button