“Millət-Ordu” anlayışı altında yeni “Şərəf duyuram” layihəsi dövriyyəyə verilib

“Millət-Ordu-2017” adlı konfrans zamanı ER Müdafiə naziri Vigen Sarkisyan ictimai müzakirələrə başlamaq üçün “Millət-Ordu” anlayışı altında iki yeni layihə dövriyyəyə buraxıb. Layihəllərdən birinin adı “Şərəf duyuram”-dır. Vigen Sarkisyan layihəni təqdim edərək deyib ki, “Şərəf duyuram” dövlət layihəsinin ideologiyası universitet möhlətinin gələcək zabitlik xidməti ilə bağlanmasıdır. dövlət akkreditasiyası olan (dövlət və ya özəl) universitetdə oxuyan hər gənc bu layihəyə cəlb olunması üçün müraciət edə bilər.
Mülki universitetdə oxuyan gənclər 2-ci kursdan 4-cü kursadək hər şənbə Vazgen Sarkisyan adına hərbi universitetində hərbi təlimlərə gedirlər. Bu təlim kursu uğurlu olsa və mülki universitet diplomu alınca vətəndaş bakalavr dərəcəsi alması ilə yanaşı leytenant rütbəsi alır və 3 il müddətilə Silahlı Qüvvələrində xidmətə keçir.
Xidmət mülki peşəni nəzərə alaraq təşkil ediləcək, lakin bütün hallarda da 1-ci dərəcəli hərbi hissələrdə (ön xəttində). Beləliklə, yüksək təhsilli vətəndaşlar daha yüksək səviyyədə zabit statusu ilə xidmət edə biləcək. Xidmət uğurla başa çatdıqdan sonra ona əlavə maliyyə bonusu veriləcək.
Beləliklə, möhlət hərbi xidmətdən qaçma vasitəsindən orduda daha səmərəli xidmət edə bilən vasitəyə çəvirilir. Dövlət buna görə böyük kompensasiya paketi təklif edir”.