Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətlə bağlı “Mənəm” layihəsini müzakirə edir

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan müddətdən artıq həqiqi hərbi xidmətin “Mənəm” layihəsinin detaylarını təqdim edərək qeyd edib ki, layihə müzakirələr üçün açıqdır. “Armenpress”-in verdiyi məlumata görə, layihə döyüş növbətçiliyi aparmaq istəyən gənc əsgərlərə yeni xidmət növünə keçmə imkanı verəcək.
Hərbi xidmət 3 il sürəcək, lakin əsgər 7 ay azad olunacaq. 6 aydan başlayaraq öz birliyinin döyüş növbətçiliyinə keçdiyi zaman hər ay 1+1+2 förmül ilə xidmət edəcək. Bir həftə tatildə olacaq, bir həftə isə, hərbi hissədə döyüş növbətçiliyə hazırlanacaq. İki həftə ön xəttində döyüş növbətçiliyi aparacaq.
Beləliklə, səfərbər edildikdən sonra 5 ay təlim mərhələləri keçərək xidmətə başlayacaq. Xidmət ərzində 31 aydan 7-si evdə, 24-ü isə, hərbi hissədə və döyüş mövqələrində olacaq.
Hər dəfə tatilə gedəndə əsgərə tatil xərcləri üçün pul veriləcək. Xidmət sona çatdıkdan sonra əsgərə təxminən 5 milyon dram veriləcək.