Azərbaycan hakimiyyəti xaricilərə böyük pullar qazandırır

Ben Bartenşteyn, “Bloomberg”
Demokratik hesab edilən inkişaf etməkdə olan ölkələrin suveren notlarının faiz dərəcəsi 8.6% olduğu halda son illər avtoritar üsulla idarə edilən inkişaf etməkdə olan ölkələrin suveren notları ortalama 15 faizə qayıdıb. Son iki ildə avtoritar ölkələrin istiqrazlarının gəlirliliyi artıb.
Avtoritar rejimlərin gətirdiyi eybəcərliklər – insan haqları pozuntusu, ifadə azadlığına məhdudiyyətlər – bütün bunlar ölkədə stabilliyin yaradılması qarşılığında hər şeyə gözünü yummağa hazır olan istiqraz alıcıları üçün faydaya çevrilir. Onların aldığı istiqrazların gəlirliliyi artır.
“İnvestorlar avtoritar rejimlərin istiqrazlarını neqativ qiymətləndirir və onlara yüksək defolt ehtimalı təyin edir. Amma bu istiqrazların bir üstün cəhəti var ki, avtoritar rejimlərdə ölkəni idarə edən hökumət xalqın rifahından daha vacib hesab olunur və əgər hökumət üçün defolt riski artacaqsa, hakim partiya kreditin alınmasının qarşısını alacaq”, – maliyyəçi Viktor Fu deyib.
“Freedom House”-a görə bu atoritar rejimlər müxtəlif formalarda mövcud ola bilər. Azərbaycanda prezident İlham Əliyev hakimiyyəti atasından miras alıb və 3 şübhəli seçki ilə hakimiyyətdə qalmağı bacarıb. Qatar, Oman və Səudiyyə Ərəbistanı hələ də mövcud olan bir neçə mütləq monarxiyalardandır. Misirdə Abdel Fattah el-Sisi 2013-cü ildə çevrilişlə hakimiyyətə gəlib.
azadliq.info