Çexiyada Erməni Soyqırımını pisləyən qətnamənin qəbul edilməsinin ehtimalları müzkirə edilir

Çexiyada Erməni Soyqırımını pisləyən qətnamənin qəbul edilməsinin ehtimalları müzkirə edilir.
Çexiya Respublikasının Deputatlar Palatasında Erməni Soyqırımını pisləyən qətnamənin qəbul edilməsinin ehtimalları müzakirə edilir.
“Armenpress”-ə müsahibəsində Çexiya və Slovakiyada Ermənistan Respublikasının fövkəladə və səlahiyyətli səfiri Tigran Seyranyan bildirdi.
“Çexiya Respublikasının prezidenti Çiloş Zeman, Parlamentin Deputatlar Palatasının Xarici Əlaqələr üzrə Komitəsi, rəsimləri və millət vəkilləri, Çexiyanın Katolik Kilsəsi, digər təşkilatları və görkəmli xadimləri Erməni Soyqırımını qəbul edib və pisləyib. Deputatlar Palatasında bu barədə qətnamənin qəbul edilməsinin ehtimalları müzakirə edilir”- deyə səfir qeyd etdi.
Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr üzrə Komitəsi 2015-ci ilin aprelin 14-də yekdil Erməni Soyqırımının 100-cü ildönümünə həsr olunmuş qətnamə qəbul etdi. Qəbul edilən qətnamə Soyqırımların inkarını pisləyir.