Hindistan vitse-prezidenti Ermənistana gələcək

Hindistan vitse-prezidenti Hamid Ansari Ermənistana gələcək.
Aprelin 24-dən 26-dək ediləcək səfər ərzində vitse-prezidenti öz həyat yoldaşı Salma Ansari, orta və mikro-müəssisələrin nazir Hirirac Singh, deputatlar, yüksək vəzifəli rəsmilər və media nümayəndələri müşayiət edəcəklər. Bu hqda Press Trust of İndia agentliyi məlumat verir.
Ansari ER Prezidenti, Baş naziri və Xİ naziri ilə görüşəcək.
“Səfərin məqsədi iki ölkə arasında dostluq əlaqələrin gələcək inkişafı, qarşılıqlı məraq doğuran məsələlər çərçivəsində əməkdaşlığın genişləndirməsidir”,-deyə jurnalistlərlə XİN nümayəndəsi Preti Sara bildirib.
Ansarinin Yerevan Dövlət Universitetinin tələbələri və professorları ilə də görüşü olacaq.
“Ermənistanla diplomatik münasibətlərimizin 25-ci ildönümünüdür və bu cür yüksək səviyyəli səfərlər ölkələrin əlaqələrinə töhvə verəcəklər”,-deyə Saran qeyd etdi.