Ekonomika
Neft bu həftə 4,5 faiz ucuzlaşıb

Neft, ABŞ-da artan istehsal ilə əlaqədar olaraq ucuzlaşır. “Marja” xəbər verir ki, ABŞ-da rəsmi məlumatlara görə, istehsal 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəyə çıxıb. Neft bu həftə təxminən 4.5 faiz ucuzlaşıb.
ABŞ-da hasilatın artması OPEC-in və digər 11 ölkənin hasilatı azaltmalarının yerini doldurması qiymətlər üzərində təzyiq yaradır.
Bakı vaxtı ilə saat 08:00-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 50.78 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 53.08 dollardan alıcı tapıb. Bu gün gecə Brent neftinin barel qiyməti 57,70 dolları görmüşdür.
azadlıq.info