İctimaiyyət

Türk Pegasus aviaşirkəti Ermənistana aviareyslər keçirəcək

Cari il iyunun 1-dən etibarən Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus Airlines” İstanbuldan Yerevana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək. Bu haqda “Zbartnots” beynəlxalq hava limanının mətbuat xidməti məlumat yayıb.

Haqqin.az yazır ki, keçən il şirkət Azərbaycanda da fəaliyyət göstərirdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Lakin 2016-cı il oktyabr ayından şirkət Azərbaycandan uçuşları dayandırıb. “Pegasus”dan bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar 2017-ci il mart ayında yenidən bərpa ediləcək, lakin hələ ki bərpa edilmədilər.

“O da maraqlıdır ki, Ermənistana iki türk şirkəti Atlasjet və Pegasus, Azərbaycana isə, bir Turkish Airlines uçuş keçirir”.

Daha çox göstər
Back to top button