Aprelin 24-də bütün dünya erməniləri xatırlayır: Kanadalı siyasətçi

Aprelin 24-də bütün dünya 102 il əvvəl dəhşətli işgəncələrə məruz qalaraq öz həyatlarını itirmiş erməni kişilər, qadınlar və uşaqları xatırlayır.
Bu haqda Kanada Mühafizəkarlar Partiyasının lideri Rona Ambrouzi bəyan edib.
Onun deməsinə görə, hər il Kanada və digər birçox ölkələr mövcud münaqişələri işiqlamaq və yeni faciələrin qarşısını almaq məqsədilə soyqırım ildönümünü müzakirə edirlər.
“Kanada insan hüquqları və demokratik azadlıqlarının müdafiəçisi olmağa davam edəcək. Biz Kanadalı erməni və türklərin səmərəli əlaqələri qurma məsələsində birgə işləyə bilməsini görməkdən məmnunuq. Bu ildönümündə mən və Mühafizəkarların parlamentdəki bütün qrupu birgə qurbanları xatırlayırıq və iki icma nümayəndələrini barışıq səylərini davam etməyə çağırırıq”,-deyə kanadalı siyasətçi bildirib.