İctimaiyyət

Azərbaycan talışları: Öz dilimizdə oxumaq istəyirik!

Hilal Məmmədov: “Dövlət üzərinə götürdüyü azsaylı xalqlar haqqında qanunu qəbul etməlidir”

Talışlar Azərbaycanın cənub zonasında – Azərbaycan və İran sərhədində məskunlaşmış qədim azsaylı xalqdır. Bəzi mənbələrə görə talışların sayı 271 mindən 619 minədəkdir. Talışların böyük hissəsi Astarada (müxtəlif mənbələrdən 149 min) və İran şəhərlərində – Zəncan və Ərdəbildə yaşayırlar. Azərbaycanda yaşayan talışlar saylarına və yaşadıqları əraziyə görə ikinci böyük millət sayılırlar (112-119 arasında). Talışlar ölkənin Lənkəran, Astara, Masallı, Lerik və Biləsuvar royanlarında sıx məskunlaşıblar. Bəzi mənbələr talışların 13 müxtəlif ölkədə məskunlaşdığını bildirirlər.

Qafqaz elementləri ilə zəngin olan talış dili hind-avropa dil qrupunun İran qoluna aiddir. Azərbaycanda yaşayan talışların çoxu ikidillidir – doğma talış dili ilə bərabər Azərbaycan dilində də sərbəst danışırlar. Talışarın yaşadığı bölgə öz rütubətli subtropik iqliminə görə fərqlənir. Talışların mədəniyyəti, adətləri və məişəti azərbaycanlılara  bənzəsə də, öz spesifik xüsusiyyətlərinə malikdir. Zəngin talış mətbəxində düyü və balıq yeməkləri daha çox üstünlük təşkil edir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, balıqçılıq, əkinçilik və xırda ticarətdir.

Baxmayaraq ki, talışlar Azərbaycanın ən böyük etnoslarından biridir, onların öz dilində təhsil alma imkanı, televiziya və radioları mövcud deyil (Lənkəran, Lerik və Astaranın bəzi məktəblərində 4-cü sinfə qədər talış dili həftədə bir saat tədris olunur – red.).

Ümumilikdə təəssüflə demək olar ki, Azərbaycanda insan hüquqları ilə bağlı böyük problemlər var.

Hilal Məmmədov Azərbaycandakı talış icmasının nümayəndəsidir və  2011-ci ildə hakimiyyət tərəfindən bağlanan “Talışo sədo” (Talışların səsi) qəzetinin redaktorudur. Bundan başqa, o, talış mədəniyyətinin araşdırılması ilə də məşğuldur. Sosial şəbəkələr vasitəsilə o, talışların tarixi, mədəniyyəti və talış dili haqqında insanlara informasiya ötürür. O deyir ki, mədəni muxtariyyət və öz dillərində təhsil almaq hüquqlarına görə mübarizələrini davam etdirirlər. Bu tələblərlə çıxış edən və aktiv mübarizə aparanları isə dövlət həbs  edir və ya müxtəlif təzyiqlərlə hədələyir.

Bundan başqa, H.Məmmədov talışların rəsmi statistikası ilə də razı deyil: “Rəsmi statistikaya görə, Azərbaycanda yüz minədək talış yaşayır. Lakin real rəqəmlər təqribən on dəfə çoxdur”.

Onun dediyinə görə, talışların Azərbaycanda yaşayan digər xalqlarla heç bir problemi yoxdur. Lakin dövlət səviyyəsində problem çoxdur: “ Məsələn, bizdə gündə heç olmasa bir-iki saat talış dilində verliş yayımlayan televiziya və ya radio kanalları yoxdur. Bir qəzet var idi, onu da bağladılar. Doğrudur, çox çətində olsa, başqa bir qəzet yayınlayırıq. Talışların Respublika Mədəniyyət Mərkəzi var, lakin bu sıradan olan adi bir formal dövlət təşkilatıdır və praktiki olaraq fəaliyyət göstərmir”.

Təhsil Nazirliyinin proqramı əsasında talışların sıx məskunlaşdığı rayonlarda birinci sinifdən dördüncü sinfədək talış dilində dərslər keçirilməlidir. Lakin Hilal Məmmədovun sözlərinə əsasən, praktikada bu tətbiq olunmur. Dərslər ya formal olaraq keçirilir, ya da “əmək” dərsi kimi azəhəmiyyətli dərslərlə əvəz olunur: “Talış dilini öyrənmək üçün dərs vəsaitləri indiyə kimi cəmi bir dəfə, 2005-ci ildə nəşr olunub. Lənkəran Dövlət Universitetində talış dilini tədris edən müəllimləri yetişdirən fakültə, kafedra mövcud deyil. Bütün bunları nəzərə alaraq demək olmaz ki, işə götürən zaman talışlar hər hansı bir diskriminasiya ilə rastlaşırlar”.

O, hesab edir ki, bu problemi həll etmək üçün dövlət ilk öncə üzərinə götürdüyü azsaylı xalqlar haqqında qanun qəbul etməlidir: “ Bu cür təkliflər bir necə dəfə parlamentdə müzakirəyə qoyulub, lakin təəssüf ki, hələ qanun qəbul olunmayıb. Bu qanun milli azlıqların hüquq və öhdəliklərini müəyyən edər və bir necə problemlərin həllinə səbəb ola bilərdi”.

Baş redaktorun sözlərinə görə, ana dilində təhsil, televiziya və radio kimi məsələlərlə bağlı bir sıra problemlərin olmasına baxmayaraq, talışlar ölkənin ali məktəb ocaqlarına və iş yerlərinə qəbulda hər hansı bir maneələrlə qarşılaşmırlar.  Hakimiyyətə qarşı loyal olan talış milliyyətli mədəniyyət xadimləri isə – xüsusən musiqiçi və mügənnilər hakimiyyətin, televiziya və kütləvi informasiya vasitələrinin diqqətində qalmaq üçün  talışların problemləri barədə danışmağa elə də həvəsli deyillər.

“Hökumətin milli azlıqlara bu cür münasibətini separatizm qorxusu kimi dəyərləndirmək olar – mövcud olduqları dövlərdə talışlar bir necə dəfə öz dövlətlərini qurmağa cəhd ediblər”. Politoloq Hikmət Hacızadə bu hadisəni hakimiyyətin “qorxulu yuxusu” adlandırır və bu qorxunu əsassız saymır: “O region onsuz da İran şiəliyinin təsiri altındadı və ona görə də hakimiyyətin bu qorxusunu başa düşmək olar. Səmərəli durum yaransa, Rusiya, İran və Ermənistan öz maraqları üçün talışlardan istifadəyə cəhd edə bilərlər”.

Başqa bir politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, separatizm idayası əhalinin sosila-iqtisadi problemlərinin demokratik həlli mexanizminin olmaması müddətincə mövcud olacaqdır: “İşsizliyin yüksək həddi, ədalətsiz məhkəmələr, sosial liftlərin olmaması, milli mədəniyyətlərin məhdudlaşdırılması separatçılığın əsas mənbələridir. Bu neqativ faktorlar mövcud olduqca, hansısa kənar qüvvənin sparatizmin dağıdıcı gücünü oyadıb istifadə etməsi təhlükəsi də mövcud olacaq”.

Politoloq həm də hesab edir ki, hakimiyyətin güclü idarəciliyi olduğu müddətcə, separatizm cəhdləri o qədər də qorxulu deyil: “Bu mövzunu daim ideoloji və siyası diskusiyaların məhdud çərçivəsi altında saxlamaq olar və bu lazımdır. Amma heç bir halda bu müzakirələri qadağan etmək olmaz. Bu, “qadağan olunmuş meyvə” təhlükəsi yarada bilər”.

mənbə Meydan TV

Daha çox göstər
Back to top button