Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli yalnız atəşkəs rejiminə əməl olunması şəraitində əldə oluna bilər

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, hərbi güc istifadə edilmədən həll olunmalıdır. Bu çox vacibdir.
Bu haqda Trend.az-a Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.
Diplomatın sözlərinə görə, səfər zamanı ölkə rəhbərliyi ilə görüşlərdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıb. O qeyd edib ki, Aİ bu münaqişənin həllində birbaşa vasitəçi olmasa da, ATƏT Minsk qrupunun bu istiqamətdəki səylərini tam dəstəkləyir.
“Vasitəçilərin fəaliyyəti ilə bağlı səslənən tənqidi fikirlərə baxmayaraq, qərarları bilavasitə münaqişə tərəfləri qəbul etməlidir. Beynəlxalq ictimaiyyət yalnız məsləhət və ya təklif verə bilər, heç bir qərarı qəbul etdirə bilməz. Münaqişənin siyasi yolla həlli yalnız atəşkəs rejiminə əməl olunması şəraitində əldə oluna bilər”- deyə diplomat qeyd etdi.