La Times: “Los Ancelesdə Soyqırımının 102-ci ildönümünə həsr olunmuş yürüşdə on minlərlə adamlar iştirak edəcək”
Los Ancelesdə Erməni Soyqırımının 102-ci ildönümünə həsr olunan yürüşdə on minlərlə adamlar iştirak edəcək. The Los Angeles Times-in verdiyi məlumata görə yürüş Pan Pasifik parkı yanından başlayacaq və konsulluq binasına doğru addımlanacaq.
Orada aksiya iştirakçıları tələbkarlıqla mitinq keçirəcəklər.
Mənbə qeyd edir ki, mitinq zamanı Los Ancelesin şəhər bələdiyyə başçısı Erik Qarseti, həmçinin ABŞ Konqresinin Nümayəndələr palatasının üzvü Adam Şiv çıxış edəcək.
Tert.am –in verdiyi məlumata görə “Ədalət yürüşü”-nə Erməni Soyqırımı məsələləri üzrə komissiya ilə əməkdaşlıq edən 29 təşkilat və birliklər yardım edəcəyini vəd etmişdir ki, onların üzvüləri həmçinin tədbirdə iştirak edəcəklər.
Əlavə edək ki, ötən ildəki yürüşdə 60 000 nəfər iştirak etmişdir.