BaşlıcaErməni Soyqırımı

Serj Sarkisyanın Erməni Soyqırımı Xatirəsi günü üçün müraciəti: “Yeni Soyqırıma biz icazə verməyəcəyik”

Prezident Serj Sarkisyan Erməni Soyqırımı qurbanlarının Xatirəsiylə əlaqədar müraciət edib.ER Prezidentinin iş heyətinin informasiya və ictimaiyyətlə bağlı əlaqələr idarəsindən verilən məlumata görə müraciətdə deyilir:

“Sevimli həmvətənlər,

Bu gün aprelin 24-dür Erməni Soyqırımı qurbanlarının xatirəsinin Anım günü.Biz öz müqəddəsləşmiş qurbanlarımızı bu gün Anırıq. Köçürülmə pərdəsi altında həyata keçirilən qırğın Osman hökmranlığının dövlət proqramı idi ki, o da müstəsna şəkildə icra edildi.

Ona kimi misli görünməmiş qəddarlıq və onun dolğun nəticələri həyata keçirildi.

1915-ci il aprelin 24-ü minilliklərlə ölçülən erməni tarixini iki hissəyə böldü.Ona kimi olan il faciəsini və ondan sonrakı qəddarlığı tarix səhifəsinə həkk etdi.

Möcüzəylə qurtulan Qərb ermənilərinin qalıqları dünyayla bir səpələnərək Spyurk ermənilərinə çevrildilər. Ermənilərin maddi, mənəvi və siyasi itkiləri ölçülməzdir. Lakin ən qiymətli itkilərsə insanlar idi ki, onlar da qədim, zəngin və özünəxas sivilizasiya daşıyıcıları idi.

Biz yaşayanlar nəinki onları yad edərək hörmətlə anmalıyıq, eləcə də,onların əvəzində ikiqat mübarizə apararaq qanı yerdə qoymamalıyıq.

1915-ci ildə, həmin dəhşətli rəqəmdən artıq bir əsrdən artıq ötüb.Biz bilirik ki, bütün bu illər ərzində nələrin içərisindən keçərək ölümə qalib gəlmişik. Artsax qəhramanlıq döyüşü yeni soyqırımına icazə verməmək üçün yanar dəlildir.Buna biz bir daha qətiyyən icazə verməyəcəyik.

Erməni xalqının yenidən doğumu həqiqətdir. O görüb yaşayanların övladları sayyəsində həqiqətə çevrildi.

Bu ərəfədə biz dünyaya yaradıcı dərrakənin bütün bir ulduzlar dəstəsni bəxş etdik.Adlı-sanlı ermənilər vasitəsiylə bütün dünya məlumatlandı ki, bizim başımıza nələr gətirilib və bildilər ki,onlar yer üzündən silinməyə vadar olan xalqın övladlarıdır

Bütün bunları xalqımızın əzəmətli həyatı və yaradıcılığının potensialını sabahkı günə qarşı bizim imkanlarımıza olan inamıdır. Bəli, 1915-ci ildə biz cəhənnəmdə peyda olunduq.

Lakin həyata doğru dönmək üçün biz öz daxilimizdə böyük güc tapmışıq.Belə ki, müstəqil dövlətçilik şəraitlərində, 21-ci əsrdə daha çox işlər görəcəyimizə inanırıq.

Bu gün aprelin 24-də Erməni Soyqırımı qurbanları Xatirəsini Anım günü biz Tsitserbakabert yüksəkliyinə qalxacaq və digər abidələrə də ziyarət edəcəyik.

Xatırlayaq ki, bu hər illik yürüş yenidən doğulan xalqın yürüşüdür. Onlar unutmayıb ki, arxada nələr qoyub, bununla belə inamla irəliyə doğru baxır”.

Daha çox göstər
Back to top button