Strasburqda şamyandırmayla Soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunub

Fransadakı Strasburq şəhərində erməni cəmiyyəti Erməni Soyqırımı günahsız qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq şamyandırma təşkil edib.
Tədbirin iştirakçıları Strasburqdakı Astvatsamor məbədi önündə çıxış edərək yeni faciələrin qarşısını almaq üçün beynəlxalq cəmiyyətə 20-ci əsrin birinci soyqırımını ittiham etməyə çağırıb.
Sonra da yüzlərcə iştirakçılar Strasburqdakı Respublika meydanının yaxınlarındakı Soyqırımı qurbanlarına həsr olunmuş abidə yanında günahsız qurbanlarının xatirəsini ehtiramla yad edib.
Tert.am ilə müsahibəsində təşkilatçılardan biri olan “Hayordi Strasburq” birliyinin həmsədri Hamlet Hovsepyan qeyd edib ki, yerdəki türk cəmiyyəti erməni cəmiyyəti tərəfindən təşkil edilən bu cür tədbirlərin qarşısını almağa cəhd edir, amma bu dəfə gərginlik olmayıb.