Beynəlxalq
ABŞ Azərbaycana verilən maliyyə yardımı 100% ilə azaltmaq niyyətindədir: Foreign Policy

ABŞ Prezidenti Donald Tramp 2018-ci il büdcəsi barədə olan daxili sənədlər və bəzi mənbələrə əsasən inkişaf etməkdə olan ölkələrə verilən yardımı kəskin şəki8ldə azaltmaq niyyətindədir. Bu haqda Foreign Policy ABŞ Dövlət Departamentinin büdcə sənədlərinin 15 səhifəli ətraflı mətnə istinadən məlumat yayıb.
Beləliklə, büdcə təklifinə görə, ABŞ Azərbaycana və Belarusa verilən yardımı 100 faizlə azaltmaq niyyətindədir. Ermənistana verilən yardım isə, 77,3 faizlə azaltacaq. İlkin layihə ilə 17,633 milyon dollarlıq yardım gözlənirdi, lakin yeni layihə ilə maliyyə yardımları 4 milyon dollara qədər kəsiləcəklər. Gürcüstana verilən yardım 41,1 faiz azaldaraq nəzərdə tutulan 47,512 milyon dollardan 28 milyon dollara inib.