“Artsaxa qarşı müharibənin başlanması 3-cü Dünya Müharibəsinə gətirəcək”: Davit Babayan

Aprelin 24-də bu cür hərbi təlimlər ilə bağlı bəyanatlar sadəcə bir mesajdır ki, onlar peşman olmadan bilə öz qeyri-insani hərəkətlərinə, bütün bu insanların məhv olunmasına haqq verirlər.
Bunu Artsax Prezidentinin mətbuat katibi Davit Babayan armtimes.com-ə müsahibəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən mayın 1-dən 5-dək Azəbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilməsi barədə yayılmış bəyanatına toxunurkən bildirib.
Onun sözlərinə görə, bu bəyanat iki terrorist qardaşın Ermənistana qarşı olan birgə yanaşmalarını bir dəfə də göstərib. “Bu günün seçilməsi təsadüf deyil. Bu,Türkiyə tərəfindən inkarın ən pis təzahürüdür”,-deyə Babayan əlavə edib.
“Bu cür təlimlər aprel müharibəsindən əvvəl də keçirilmişdi. Bu, Azərbaycan və Türkiyənin müharibə niyyətlərini göstərmirmi?” sualına Davit Babayan deyib:
“Biz bilirik ki, Türkiyə həmişə də Azərbaycana dəstək verir və aprel müharibəsi zamanı İslam Dövləti döyüşçüləri, türk əsgərləri, digər terror qrupları (Bozqurdlar və s.) Azərbaycana gəlmişdi. Lakin Artsaxa qarşı açıq bir şəkildə müharibəyə başlamaq 3-cü Dünya Müharibəsi deməkdir. Türkiyə ittifaqları ABŞ, hansı ki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir, və digər tərəfdaş ölkələr belə bir siyasətə yol verməzlər. Aydındır ki, bu, ATƏT-in MQ həmsədri və dostumuz olan Rusiya üçün bir zərbə olacaq. Ayrıca bu, İrana və mədəni dünyaya da təhlükə yaradacaq. Bu hərbi təlimlər təhdiddir, lakin açıq tədbirlərə başlama mümkünlüyü az ehtimal olunur”.
Artsax Prezidentinin mətbuat katibi bu konteksdə Azərbaycan Müdafiə naziri Zakir Həsənov tərəfindən fəal hərbi əməliyyatlara hazır olmasına dair bəyanatına da toxunub.
“Bu bəyanat terrorun nöbəti təzahürüdür və Azərbaycanın soyqırım törədən bir dövlət olduğunu göstərir. Hamımız da bunu bilirik. Bu cür bəyanatlar ilk öncə beynəlxalq ictimaiyyətə siqnal olmalıdır, ki Azərbaycan öz anormal davranışı ilə region üçün ciddi təhlükə yarada bilər. Bu demək olmur ki, bu cür bəyanatlar bizə təsir edirlər. Ordumuz həmişə də ayıqdır. Hər hansı təxribat və ya provokatif hərəkət dayandırılacaq”,-deyə Babayan qeyd edib.