Beynəlxalq

Ermənistan Respublikasının baş naziri Hindistan vitse-prezidenti ilə Ermənsirtan-Hindistan iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə etdi

Ermənsitan Respublikasının baş naziri Karen Krapaetyan Ermənistanda rəsmi səfərdə olan Hindistan vitse-prezidenti M. Hamid Ansarın başçılıq etdiyi  hökumət nümayəndə heyətini qəbul etdi.

Hindistan vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfərini salamlayaraq, baş nazir qeyd etdi ki, bu səfər ikitərəfli iqtisadi əməkdaşlığa və inikişafa yeni takan verəcək.

İqtisadi sahəsində əməkdaşlığın  səmərəliliyinin artırılması məqsədiylə baş nazir iki sahələrinə,xüsusən texnologiyaların transferləri və kənd təsərrüfatına əhəmiyyət verdi, eyni  zamanda baş nazir  digər potensial sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini  nəzərdə tutdu.

Baş nazirin sözlərinə görə, texnologiyaların transferi sahəsində ən çox informasiya texnologiyaları, əczaçılıq, səhiyyə sahələrində əməkdaşlıq edə bilirlər.

Karen Karapetyan əlavə etdi ki, Ermənistan-Hindistan informasiya və kommunikasiya texnologiyaları mərkəziylə  İT sektorunda iki ölkə arasında uğurlu və nümunəvi əməkdaşlıq var.

Karen Karapetyan səhiyyə sektorunda yeni texnologiyalardan istifadə olunmasına əhəmiyyət verərək, Hindistan tərəfinə teletibb şəbəkəsinin yaradılması üçün verilən yardım üçün təşəkkür etdi.

“Biz Hindistan şirkətləinin Ermənistanda  fəaliyyət göstərmək üçün lazımi şəraitləri təmin etməyə hazırıq. Bu kontekstdə mən İranla sərhəddə Syunik azad iqtisadi zonasını vurğulamaq istəyirəm.  Ermənistanın Avrasiya İqtisadinə üzvlüyü   və Aİ-nın GSP+  ticarət rejimi  bu bazarlara maneəsiz çıxışını təmin edir. Ermənsitanda fəaliyyət göstərən zərgərlik, , saatlar, qiymətli daşlar  üzrə “Meridian” azad iqtisadi zonasına  Hindistan şirkətlərin cəlb olunmasını təklif edirəm”- deyə Karen Karapeyan qeyd etdi.

Baş nazir əlavə etdi ki, kənd təsərrüfatı da böyük potensiallara malikdir və Ermənistan  əməkdaşlığın inkişafında maraqlıdır.

Daha çox göstər
Back to top button