Ekonomika

Ermənistandan Çexiyaya edilən ixracat kəskin artıb: Çexiyada Syunik azad iqtisadi zonasının layihəsi ilə maraqlıdırlar

Ermənistandan Çexiyaya edilən ixracat kəskin şəkildə artıb. Ermənistan səfirliyi çex biznesmenlərə həmişə də yeni investisiya layihələri təqdim edir. Çexiya Respublikasında və Slovakiyada ER fövqəladə və səlahiyyətli səfiri Tigran Seyranyan “Armenpress”-ə müsahibəsində qeyd edib ki, Ermənistan və Çexiya ikitərəfli mal dövriyyəsinin həcmi imkanlara uyğun deyil.

ER Milli Statistika Xidmətinin xarici ticarət məlumatlarına görə, 2016-cı ildə 17,267 milyon dollar təşkil etdi. Çex Statistika İdarəsinin məlumatlarına görə isə, 24,338 milyon ABŞ dollar təşkil etdi. Məlumatların bu cür fərqi hesablanma metodologiyası ilə bağlı ola bilər. Ümidedicidir ki, çex məlumatlara görə, 2017-ci ilin ilk aylarının həcmi keçən ilindən 30 faizlə daha böyükdürlər. Ermənistandan edilən ixracat kəskin şəkildə artıb. Çexiya bazarında Ermənistan konyakı aktiv şəkildə satılır”,-deyə səfir bildirib.

Onun sözlərinə görə, maşınqayırmanın, energetika, kənd təsərrüfatı, qida sənayesi sahələrində əməkdaşlıq üçün böyük potensiyal var. “Düşünürəm ki, sadəcə Avrasiya İqtisadi Birliyi deyil, İranın 80 milyonluq bazarına da yünəlmiş investisiya təklifləri çox perspektivlidirlər. Syunik rayonunda açılacaq Ermənistan-İran azad iqtisadi zonasının yaradılma layihələrə qarşı da böyük maraq var”,-deyə Tigran Seyranyan qeyd edib.

Daha çox göstər
Back to top button