Erməni Soyqırımı

Tramp Obamanın “Mets Yeqern” terminini təkrarlandı

“24 apreldə biz “Mets Yeqern” zamanı əziyyət çəkənlərin, 20-ci əsrdə baş verən kütləvi zorakılıq qurbanlarının xatirəsini yad edirik”. Bunu Erməni Soyqırımının 102-ci ildönümü ilə bağlı müraciətində ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, 1915-ci ildə milyon yarım insan deportasiyaya məruz qalıb, öldürülüb və ya ölümə göndərilib. Amerika ictimaiyyəti ilə birgə Osmanlı dönəmində insanların məhvindən kədərləndiyini bildirən Tramp tarixin qaranlıq anlarında yaşananlar barədə fikirləşərkən erməni xalqının möhkəm iradəsinə heyran qaldığını söyləyib:

“Onların çoxu ABŞ-da yeni həyat qurublar, ölkəmizin inkişafına öz töhfələrini veriblər. Biz baş verən vəhşilikləri həmişə xatırlamalı və onun bir daha təkrar olunmasına imkan verməməliyik. Biz türklərin və ermənilərin tarixin bu ağır məqamları ilə bağlı ortaq məxrəcə gəlmək üçün göstərdikləri səyləri alqışlayırıq və bunu ədalətli, tolerant gələcək üçün atılan möhkəm addım hesab edirik”.

Daha çox göstər
Back to top button