
AŞPA sədri Pedro Aqramunt zirvədə İspaniya kralının çıxışından sonra istefasını elan edəcək.
İspaniya kralı Filip VI aprelin 27-də AŞPA iclasında çıxış edəcək və Aqramunt üçün bu sessiyanın sonuna qədər vəzifəsində qalması çox əhəmiyyətlidir.
Aqramunt istefası haqqında müraciətini mayın 29-da təqdim edəcək.
Sessiyadan sonra Aqramunt isrefasını rəsmi olaraq elan etmək üçün Büro iclasında iştirak edəcək.
Amma bu haqda 1 ay bəyan edilməyəcək. Aqramunt səlahiyyətlərinə xitam verməsi haqqında yazılı bəyanatı AŞPA prezident komitəsi və Büro görüşündə, mayın 29-da Praqada təqdim edəcək.
Siyasi qrubların rəhbərləri Aqramuntun gönüllü olaraq vəzifədən imtina etməsi hallında onun qoyduğu şərti icra etməyə vəd edib.