Siyasət
“Biz ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək təşəbbüsünü görürük”: Lavrov

“Biz ATƏT tərəfdən Dağlıq Qarabağ, Denstryanı münaqişələrin həllinə yardım etmək təşəbbüsünü görürük”.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT Qafqazda stabilliklə bağlı Cenevrə müzakirələrində aktiv iştirak edir: “Bütün bu sadalanan istiqamətlərdə həll uğrunda irəliləmənin qarısında ciddi maneələr mövcuddur. Lakin bütün əlaqədar tərəflər kompromislər üçün şərait yaratmaq niyyətindədir”.