Erməni Soyqırımı

Erməni Soyqırımı tarixi elə bir epizodur ki, onunla heç kəs fəxr edə bilməz: Hindistan vitse-prezidenti

Erməni Soyqırımı tarixi elə bir epizoddur ki, onunla heç kəs fəxr edə bilməz. Pis olan pisdir və elə də adlandırmalıdır. İnsanlar tərəfindən digər insanların öldürülməsi yalnız bir hiss yarada bilər. Yerevan Dövlət Universitetinin professorları və tələbələri ilə görüş zamanı bu sözləri Hindistan vitse-prezidenti Mohammad Hamid Ansari deyib.

Tələbələrin “Soyqırımın tanınma məsələsində Sizin Ermənistana etdiyiniz səfər bir şey dəyişəcəkmi?” sualına Ansari belə cavab verib: “Bu gün səhər saatlarında bu məsələ ilə bağlı britanyalı jurnalist Robert Fiskinin məqaləsini oxudum. O, konkret ölkələr üçün çətin olan bir sual qaldırmışdı. Mən o ölkələri saymayacağam, çünki bu bizə başqa istiqamətlərə gətirə bilər. Günahsız insanların öldürülmə məsələsi çərçivəsində bu regionda olsa, Asiya, Afrika və ya Latin Amerikada olsa da iki fikir ola bilməz. Biz ümümi dəyərlər altında imzalamlıyıq”.

Daha çox göstər
Back to top button