
Ermənistanda energetika sisteminin investisiya proqramlarının aktivləşməsi ehtimal olunur. Ermənistanda energetika sisteminin müasirləşdirilməsi və yenidən qurulyşu məqsədiylə yadelli dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ayrılan kredit və məbləğlər vəsaitləri hesabına bu il 58 milyon investisiya proqramları nəzərdə tutulub.
Bu haqda ER Energetika, infrastrukturlar və təbii sərvətlər nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatlandırılır.
ER Energetika infrastrukturlar və təbii sərvətlər nazirliyinin iş heyəti üzrə idarə rəisi Vardan Martirosyanın dediyinə görə birinci rübdə 3,2 milyon dollarlıq investisiya edilib.2 milyondan artıq dollar ikinci enerji blokunun istifadə edilməsi müddətini uzatmaq tədbirləri çərçivələrində həyata keçirilən işlər aparılıb.
Yaxın vaxtlarda müasirləşdirmək üçün energetika sisteminin infrastrukturlarının yenidən qurulması istiqamətində geniş əhatəli tədbirlər nəzərdə tutulub.
Beynəlxalq yarış nəticəsində “Yerevan Enerji istilik stansiyası”, “Aqarak-2”,”Şinuhayr”,”Aşnak”,Haxtanak”,”Çarentsavan-3”, “Vanadzor-1” infrastrukturlarının sahibkar təşkilatları işlərinə nəzarətedici müşavirlərin müqavilələri imzalanmışdır.
İndiki anda Ermənistan-Gürcüstan enerji ötürücü xəttin və müvafiq infrastrukturların quruluşunun sahibkar təşkilatlarını seçmək məqsədiylə elan olunan beynəlxalq yarışda təqdim olunan iddiaları qiymətləndirmək prosessi davam olunur.