Ekonomika
Küveyt işadamı Ermənistanın inşaat sektorunda investisiya qoymaq istəyir

ER İqtisadi İnkişaf və İnvestisiya naziri Suren Karayan aprelin 26-da Küveytli investor Çarlz Hayder ilə görüşüb. İnvestor Ermənistanda inşaat, xüsusən yol tikintisi sahəsi ilə maraqlıdır. Bu haqda ER İqtisadi İnkişaf və İnvestisiya Nazirlitindən məlumat veriblər.
Nazir Çarlz Hayder ilə Şimal-Cənub yolunun tikilmə sahəsində lazım olan investisiyaları, həyata keçirilmənin mümkün varyantları müzakirə edib və ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri ilə əməkdaşlığın prespektivlərini müzakirə etməyə təklif edib.
Küveytli investor Ermənistanda energetika sahəsində yeni layihələr ilə bağlı da öz marağını dilə gətirib. İnvestor öz əməkdaşlarını Ermənistanda investisiya dəvəti etmə məsələsində də hazır olduğunu bildirib.