Petros Terzyan: ”Azərbaycanın qazı böyük amil deyil”
Azərbaycan öz neft ehtiyatlarının yarından artıq istifadə etdi və gələcəkdə ölkə bu baxımdan artıq böyük dövlətlər üçün maraqlı olmayacq.
Bu haqda “Artsapress”-ə müsahibəsində “Hayastan” Fondunun Fransadakı yerli orqanının sədri, neft sektorunun məşhur mütəxəssisi, “Petrostratec” konsaltinq şirkətinin qurucusu Petros Terzyan bildirib.
“Keçən il Azərbaycan öz ehtiyacları üçün Türkmənistandan qaz aldı. Əgər inşa edilən boru kəməriylə 2019-cu və ya 2020-ci ildə Avropaya qaz nəqil edilirsə də, investisiyaları geri edə bilmək üçün çox il lazım olacaq.
Azərbaycanda qaz həcmləri böyük deyildir. Azərbaycan mövcüd olan qazdan 6 milyard kubu Türkiyəyə satmaq, 10 milyard kubu isə Avropaya satmaq planlaşdırır. Bu avropa üçün siyasi baxımdan alternativ deyil.
Digər tərəfdən azərbaycanlılar İtaliyanın sərhədlərinə qaz nəqil etmək məcburiyyətində qalırlar, çünki artıq imzalanmış müqavilələrdə çox ciddi şərtlər var. Beləliklə,Azərbaycan qazı böyük amil deyildir, investisiya baxımdan bu bahalı proqramdır, bu proqramın gəlirləri isə çox az olacaq”- deyə P. Terzyan əlavə etdi.