Ekonomika

Yerevanda Ermənistan-Çexiya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Yerevanda bu il Ermənistan-Çexiya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Bu haqda “Armenpress”-ə müsahibədə Çexiya Respublikasında və Slovakiyada ER fövqəladə və səlahiyyətli səfiri Tigran Seyranyan bildirib. “Sentyabr ayında Yerevanda iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın üçüncü iclası keçiriləcək. Eyni zamanda biznes forumu da keçiriləcək”,-deyə səfir bəyan edib.

O deyib ki, indi ediləcək səfərlərin müddəti müzakirə olunur. Başqa səfərlər də təşkil olunacaq.

Aprelin sonlarında Ermənistana Çexiyanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndə heyəti gələcək.

Ermənistan-Çexiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyası 2014-cü il yanvarın 30-da imzalanmış “Ermənistan və Çexiya hökumətləri arasında iqtisadi və sənaye əməkdaşlıq haqqında” sazişinə əsasən qurulmuşdur. Sazşin məqsədi Ermənistan-Çexiya iqtisadi əməkdaşlığın gücləndirməsi və gələcək derinləşdirməsidir. Komissiyanın birinci iclası 2014-cü il sentyabrın 11-də Yerevanda keçirilmişdi.

2016-cı il aprelin 25-də Çexiya paytaxtı Praqada komissiyanın ikinci iclası keçirilib. İclas çərçivəsində keçirilmiş Ermənistan-Çexiya biznes forumunda Ermənistandan 15, Çexiyadan isə 50 şirkət iştirak etmişdi.

Daha çox göstər
Back to top button