Təhlil

Azərbaycan öz terror siyasətini davam edir

Azərbaycan heç nə vaxt öz terror siyasətindən imtina etməyib və indi də eyni şəkildə davam edir. “Armenpress”-ə müsahibədsində bu haqda Artsax Prezidentinin mətbuat katibi Davit Babayan son günlərdə ön xəttində Azərbaycan tərəfinin aktivlkiyinə toxunurkən bildirib. Nu aktivliyin nəticəsində erməni tərəfin itkiləri olub.

“Azərbaycan sadəcə həmişə olduğu kimi öz terror siyasətini davam edir. İndi görürük ki, Türkiyə ilə hərbi təlimlər keçirirlər. Bu təlimlərin PR kampaniyasına isə, Erməni Soyqırımının 102-ci ildönümündə başladılar. Bu da informasiya, siyasi terrorun bir formasıdır. Eyni günlərdə mayıs ayında başlanacaq hərbi təlimləri reklam etdilər. Biz bütün bunları aktiv şəkildə təqib edirik. Ordumuz hazırlığın ən yüksək dərəcəsindədir”,-deyə Babayan qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyənin bu cür siyasəti beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqət mərkəzində olmalıdır. Davit Babayan xatırlatdı ki, 2016-cı ildə də Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirmişdilər və təlimlərdən sonra Türkiyənin dəstəyi ilə Azərbaycan aprelin 4 günlük müharibəsinə başlayıb.

Onun sözlərinə görə, Türkiyə bu cür addımlarla NATO-ya üzv digər ölkələri pis vəziyyətə qoyur, çünki NATO dəfələrlə bəyan edib ki, hər hansı bir münaqişənin müharibə ilə həll olunmasına qarşı olaraq sadəcə sülh yolu ilə nizamlanmasına dəstək verir. Babayan düşünür ki, Türkiyə NATO-nun aparıcı ölkəsi, eləcə də ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkədən biri olan ABŞ-i pis duruma qoyur.

Daha çox göstər
Back to top button