Təhlil

D.Babayan: Avropada Artsaxın tanınması üçün artıq aydın şəkildə çıxış edirlər

Lragir.am-ə müsahibəsində Artsax Prezidentinin mətbuat katibi Davit Babayan Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xİ nazirləri arasında Qarabağ münaqişəsinin nizamlanma məsələlərinə dair keçiriləcək görüşünə toxunub.

Jurnalistin “Danışıqların olmadığı bir mərhələdə bu görüşdən nə gözləntiləri var? sualına Babayan cavab verib ki, “Təbii ki, gözləntilərimiz var. Ümumiyyətlə, bu cür görüşlər vacibdir. Əlbəttə ki, bu görüşlərlə münaqişənin tam həlli olmaz, lakin regional sabitlik və sülhün təmin olunması baxımından bu görüşlərin böyük əhəmiyyəti var. Azərbaycanın davamlı provokatif hərəkətləri də bir faktdır. Beləkilə də, bu cür görüşlər zamanı vasitəçi ölkələr öz fikirlərini ifadə edirlər və danışıqlar prosesinin əhəmiyyətini vurğulayırlar.”

Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaların həyata keçirilməməsinə dair isə, Artsax Prezidentinin mətbuat katibi deyib ki, bu razılaşmalar vasitəçilərin deyil, Azərbaycanın üzündən həyata keçirilmirlər. Eyni zamanda Babayan Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşlərin nəticəsiz olduğunu düşünmür.

“Ən əhəmiyyətli olan odur ki, müharibə aprelin 5-də dayandırılıb. Bu ən önəmli nailiyyətimizdir. Başqa bir məsələdir ki, Azərbaycan  insidentlətin araşdırma mexanizminə dair öz öhdəliklərini etmir. Bu cür məsələ sadəcə həmsədr ölkələr və tərəfləri arasında olan əlaqələrlə bağlı deyil.  Biz həmişə də qeyd etmişik ki, Azəerbaycanın belə bir siyasəti var. Azərbaycan Səfərov kimiləri qəhrəmanlaşdırır, demokratik Macarıstana rüşvət verir. Lakin bütün bunlardan sonra ilk Avropa Olimpiya Oyunları Azərbaycanda keçirilir. Bu qəbuledilməzdir. Bu cür şeylər bilvasitə olaraq təcavüzkarı təşviq edir. Əgər bütün bunlara qarşı sərt davranış olsa, bəlkə də onlar daha təmkinli olacaqlar.

İndi biz Qərbi Avropada olanları görürük. Məsələn, Fransa Prezident seçkiləri. Orada hər kəs hem millətçilər, hem də  liberallar Artsaxın tanınmasına dair aydın şəkildə danışırlar.  Bu olaylar da aqressora təsir edirlər. Hem də Rusiya, ABŞ və regionun digər ölkələri, xüsusiyyətlə İran həmişə də sülh yolu ilə nizamlanmana əhəmiyyət verirlər və ER ilə əlaqələrini gücləndirirlər. Bu da çox önəmlidir, çünki aqressor qırmızı xəttin olmasını anlamalıdır və bu xətti əsla keçməməlidir”,-deyə Artsax Prezidentinin mətbuat katibi bildirib.

Daha çox göstər
Back to top button