Siyasət

Fransa münaqişə tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır

Fransa Qarabağ münaqişəsinin tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Fransanın xarici işlər və beynəlxalq inkişaf nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovla XİN-lərarası siyasi məsləhətləşmələr zamanı bildirib.

Münaqişənin həllini Fransa üçün prioritet adlandıran F. Manjən bildirib ki, bu məsələ rəsmi Parisin gündəliyindədir və Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir. O əlavə edib ki, onun ölkəsi münaqişə tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır və bununla əlaqədar sammitin keçirilməsini təklif edib.

Daha çox göstər
Back to top button