BaşlıcaSiyasət

“Тagesspiegel”-ə Almaniyada ER Səfirinin intervüsü: “Bu torpaq məsələsi deyil, xalqların öz müqədaratını təyinetmə hüququ ilə bağlı məsələdir”

Apreldə Almaniya məşhur  “Тagesspiegel”  jurnalı Ermənistan-Almaniya diplomatik münasibətlərinin təsdiq edilməsi 25-ci il dönümü münasibətilə Ermənitan haqqında məqalə nəşr edib. Məqalədə xüsusilə ER iqtisadiyyatına, informasiya texnologiyaları sahəsinə, turizm sahəsinin potensiyalına, erməni xalqının tarixinə, tarixi-məddəni mirasına, Yerevan konyak zavodu, və ümumiyyətlə erməni konyakının tarixinə, eyni zamanda Ermənistanda fəaliyyət göstərən Almaniya “Kronimed” şirkətinin uğurlarına toxunublar.

Jurnalda Almaniyada ER səfiri Aşot Smbatyanın “Ermənistan demokratiya yolunda” başlığıyla intervüsü də yer alıb. İntervüdə səfir Ermənistan və Almaniya arasında diplomatik münasibətlərin  təsdiq edilməsi 25-ci il dönümünə toxunaraq, qeyd edib ki, Almaniya Ermənistanın əhəmiyyətli iqtisadi və siyasi əməkdaşlarından biridir. Səfir eyni zamanda, Ermənistan- Aİ əməkdaşlığının gənişləndirilməsində Almaniyanın roluna əhəmiyyət verib.

A. Smbatyan demokratiyanın möhkəmləndirilməsi istiqamətində Ermənistanın addımlarına, Konstitusiya dəyişiklikərinə və apreldə baş vermiş parlament seçkilərinə toxunub.

İntervüdə Ermənistan-Türkiyə münasibətləri, Erməni Soyqırımının tanınması və məhküm olunmasının əhəmiyyəti, DQ münaqişəsinin həll edilməsi prosesi daxil olunmaqla, bir neçə regional məsələyə də toxunub.

Səfir münaqişənin nizamlanması prosesində ƏTƏT Minsk qrubunun həmsədrlərinin fəaliyyətinə əhəmiyyət verərək, vurğulayıb ki,  münaqişə Dağlıq Qarabağ xalqının öz müqədaratını təyinetmə hüququnun tanınması ilə həll edilməlidir. Səfir deyib ki, bu torpaq məsələsi deyil, xalqların öz müqədaratını təyinetmə hüququ ilə bağlı məsələdir.

A. Smbatyan həmçinin qeyd edib ki, münaqişə hərbi yoluyla həll edilə bilməz və sülh danışıqları prosesinə alternativ yoxdur.

Daha çox göstər
Back to top button