Aİ-nin yeni regional təşəbbüsü Ermənistanda yerli iqtisadi inkişafına dəstək verəcək

Avropa İttifaqı tərəfindən mailiyyələşdirilən “Cəmaatın rəhbərləri iqtisadi inkişaf uğruna” təşəbbüsü Yerevanda rəsmi olaraq aprelin 28-dən başlayıb. Cəmaatın rəhbərləri iqtisadi inkişaf uğruna adlı layihə Şərq Tərəfdaşlığının 6 ölkələrində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada 2020-ci ilin dekabr ayınadək həyata keçirilməlidir. Büdcəsi isə, 5 milyon avrodur.
Aİ “Cəmaatın rəhbərləri iqtisadi inkişaf uğruna” yeni təşəbbüsünün qrup rəhbəri Piter Korsbinin sözlərinə görə, layihənin büdcəsi 5 milyon avro təşkil edir, lakin edilən təkliflərə əlavə olaraq 9,5 milyon avro veriləcək.
“Layihənin əsas benefisiarları yerli hakimiyyət orqanları olacaqlar. Layihənin ideologiyası yerli iqtisadi inkişafında yerli hakimiyyət orqanlarının rolunun daha aktivləşdirməsidir. Yəni ölkənin iqtisadi inkişafında sadəcə mərkəzi icra hakimiyyəti orqanları daxil olmurlar, lakin bu demək olmur ki, mərkəzi icra hakimiyyəti tərəfindən edilənlərə də zidd olmalıdırlar. Bunlar ardıcıl və tamamlayıcı olmalıdır”,-deyə o əlavə edib ki, layihə yenidir və 4 il fəaliyyət göstərəcək.