Artsaxda “Arts for Peace” adlı beynəlxalq proqramı başlayıb (Foto)

AR Mədəniyyət və Gənclər İşlər Nazirliyinin təşəbbüsü ilə Artsaxda “Sülh uğruna sənət” (Arts for Peace) adlı beynəlxalq proqramı başlayıb.
AR Mədəniyyət və Gənclər İşlər Nazirliyinin təşkil etdiyi mətbuat konfransında proqramın bədii rəhbəri, italiyalı pianoçu, dirijor Luka Ferini qeyd edib ki, yeni proqramla sülhün qorunmasına kömək etməyə çalışacaqlar.
“İşimiz musiqin təqdim edilməsidir. Siz isə, dinləyib sülh gətirirsiniz, çünki bu prosesin bir tərəfisiniz. Məncə, sənət sülh üçün ən yaxşı vasitəsidir”,-deyə L.Ferini bildirib.
“Bu, Artsaxa mənim ilk gəlişimdir və mən heyran oldum. Fotolarla görmüşdüm, lakin həqiqətən daha yaxşıdır. Mən Stepanakert küçələrində gəzib erməni qəhrəmanlarına həsr olunmuş abidələrini çəkmişəm. Artsax çox gözəl bir ölkədir”,-deyə belçikalı erməni violonçelist Sevak Avanesyan qeyd edib.
AR Mədəniyyət və Gənclər İşlər naziri Narine Ağabalyan deyib ki, aprelin 27-də başlanan yeni proqram çox önəmlidir, çünki sülh uğrunadır.
“Hamımız da bir il əvvəl Artsaxdakı vəziyyəti bilirik və o günlərdə dostlarımız düşünürdü ki, yardım sadəcə silahla deyil, Artsax uşaqları musiqi alətləri ilə təmin olunmalıdır. Proqramın maraqlarından biri də odur ki, Artsax öz xalqı və yerli dəyərləri ilə təqdim edilir”.
Mətbuat konfransından sonra Şuşi İncəsənət muzeyində proqram iştirakçılarının birgə konserti keçirilib. Konsertdə məşhur klassik və müasir bəstəkarların yaradıcılıqları təqdim edilib.