Ekonomika

Baş nazir və Argentina səfiri iqtisadi əlaqələrin inkişafına dair məsələləri müzakirə ediblər

Baş nazir Karen Karapetyan bu gün Argentinanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qonsalo Uriolabeitini qəbul edib.

ER hökumətinin mətbuat və ictimaiyyət ilə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş nazir iki ölkə arasında güclü dostluq əlaqələrin olmasını qeyd edib, hansı ki Argentinadakı erməni icması ilə bağlıdır və Ermənistan ikitərəfli maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır.

Karen Karapetyan ticarət və iqtisadi əlaqələrin inkişafına əhəmiyyət verərək qeyd edib ki, Argentinanın Ermənistanda xarici investisiyaların həcmi ilə böyük hissəsi olmasına baxmayaraq, mal dövriyyəsinin göstəriciləri qaneedici deyil və mövcud potensiyaldan tam istifadə etmək üçün hələ çox iş var.

Baş nazir Argentina biznesi üçün Ermənistan bazarında mövcud investisiya imkanları ilə tanışdırmaq məqsədilə ölkəmizdə biznes forumun və ya açıq günlərin  təşkil edilməsini də təklif edib. Karen Karapetyan Ermənistanda “Argentina şərəb həftəsi”-nin keçirilməsini də alqışlayıb.

Qonsalo Uriolabeitianın sözlərinə görə, Argentina həmişə də  dost Ermənistanla əlaqələrinin inkişafına əhəmiyyət vermişdir və indi də bu əlaqələr yüksək səviyyədirlər. Eyni yanaşma iqtisadi əlaqələrində də olmalıdır. O qeyd edib ki, səfirlik ER müvafiq dövlət orqanları ilə qarşılıqlı maraq doğuran investisiya layihələr çərçivəsində aktiv şəkildə işləyir.

Tərəflər Ermənistan-Argentina iqtisadi əməkdaşlığı üçün kənd təsərrüfatı sahəsinin əhəmiyyətini də vurğuladılar.

Daha çox göstər
Back to top button