Erməni SoyqırımıMədəniyyət

Estoniyada Erməni Soyqırımı haqqında “Xilas xəritəsi” sənədli filmi nümayiş edilib

Erməni Soyqırımının 102-ci il dönümü münasibəti ilə aprelin 26-da ER səfirliyi Estoniyadakı erməni cəmiyyəti ilə birlikdə Tallində Manvel Saribekyanın “Xilas xəritəsi” sənədli filminin nümayişini təşkil etdi. Tədbirdə Estoniyadakı sosial, siyasi, mədəniyyət xadimləri, dini liderlər, Estoniyada akreditə olunmuş səfirlər, Estoniyadakı erməni cəmiyyətinin nümayəndələri iştirak etdilər.

Bu haqda ER XİN İnformasiya və İctimaiyyət ilə əlaqələr şöbəsindəm məlümat verir.

Filmin seyr edilməsindən əvvəl, açlış sözündə səfir Mkrtçyan qeyd etdi ki, soyqırımın tanınması və məhküm edilməsi, beynəlxalq cəmiyyətin maarifləndirilməsi, o cümlədən sənədli filmlərlə, soyqırımların qarşısını almaq üçün aparılan mübarizədə zəruri tədbirlərdir və  bunlarla Ermənistan və onun tərəfdaşlarının addımlarını təqdim edilir.

“Xilas xəritəsi” sənədli filminə toxunaraq səfir filmin seyr edilməsinin Tallində Estoniyalı missioner An Hedvig Bülün doğum gününün130-cu il dönümü münasibəti ilə təşkil edilməsinə əhəmiyyət verib.  Səfir soyqırım ərzində ermənilərin həyatını qurtarmış  əcnəbilər haqqında deyib ki, onlar həqiqətən “xalqların ən dürüst əshabələri” sayıla bilər.

Səfir həmçinin qeyd edib ki, Soyqırımının ümumi tanınması və məhküm olunmasına alternativ yoxdur.

Filmin seyr edilməsindən sonra təşkil edilmiş qəbulda film istehsalçı Manvel Saribekyan və Estoniyadakı Lüter kilsəsinin dini lideri, arxiyepiskop  urmas Viilman çıxış etdi.

Daha çox göstər
Back to top button