Beynəlxalq

Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun təşəbbüsü ilə keçirilən Gül bayramı bu il fərqli formatda keçiriləcək.

Yayılan məlumatda BŞİH-in Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul etdiyi deyilsə də, aydındır ki, bu, Abutalıbovu aşan məsələdir və yenə də əsas söz siyasi hakimiyyət olub.

Gül bayramı keçirildiyi günlərdə (adətən 3 gün) minlərlə paytaxt sakini və şəhərin qonaqları dünyanın bir sıra ölkələrindən gətirilmiş gülləri zövqlə seyr edərdi. Amma Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, neftdən qeyri-neft sektoruna heç də asan olmayan keçid mərhələsini yaşayır. Şübhə yoxdur ki, dövlət büdcəsinə məsul hökumət də Bakıda həm IV İslam Oyunlarının, həm də Formula-1 yarışının başlaması ərəfəsində əlavə məsrəf gətirən tədbirləri gözdən keçirməkdə maraqlı olub.

Məlumatlara görə, Abutalıbov həmişə çox həvəslə hazırladığı tədbirin bu il keçiriləcəyinə ümid edirmiş, hətta bəzi iddialara görə, müəyyən hazırlıqları da başlamaq niyyətində imiş. Amma iqtidardan Abutalıbova tədbirin formatının əvvəlki ildən fərqlənməyəcəyi tapşırığı gəlib.  İqtidarın bu addımı əlbəttə ki, başa düşüləndir və əslində alqışlanmalıdır. Çünki söhbət təkcə bir neçə və ya bir neçə həftə ömrü olan güllərə ayrılan pullara qənaətdən getmir.

İddialara görə, təkcə merin yox, eləcə də digər oliqarxların Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları (“parnik”) var. Bu istixanalarda isə son illər məhz 10 may tədbirinə görə əsasən xaricdən gətirilmiş sort gül və çiçək toxumları yetişdirilirdi. yeri əldə etmək üçün hətta istixanaların profilini də dəyişib xarici gül-çiçək əkdirirdilər. Bu il isə onların büdcənin pulunu bahalı güllər adı altında mənimsəmək imkanlarının qarşısına yenə sədd çəkildi.

Daha çox göstər
Back to top button