Xarici işlər nazirinin müavini Karen Nazaryan Brüsseldə Sərqi Əməkdaşlıq yüksək vəzifəlilərinin görüşündə iştirak edib

Aprelin 28-də Brüsseldə Aİ Şərqi Əməkdaşlığı yüksək vəzifəlilərinin növbəti görüşü təşkil edilib. Görüşdə altı əməkdaş dövlət və Aİ üzv ölkələrinin nümayəndələri iştirak edib.
ER nümayəndə heyətini Xarici işlər nazirinin müavini Karen Nazaryan başçılıq edib.
Bu haqda ER XİN mütbuat xidmətindən məlümatlandırırlar.
Görüşün məqsədi noyabrda Brüsseldə təşkil ediləcək Şərqi əməkdaşlıq zirvəsindən əvvəl Sərqi əməkdaşlıq formatının məhsuldarlığının və mümkün struktur dəyişiklikləri üzrə təkliflərin müzakirə olunmasıdır.
Xarici işlər nazirinin müavini öz çıxışında son inkişafları, xüsusilə yeni çərçivə sazişinin ilkin imzalanmasını təqdim edərək, yaxın zamanlarda ER-Ai əməkdaşlığının prioritetlərinin təsdiq edilməsinə əhəmiyyət verib.
Karen Nazaryan Aİ ilə davam etdirilən iqtisadi əməkdaşlığına və sahə dialoquna toxunaraq, vurğulayıb ki, bu Şərqi Əməkdaşlığın məhək daşlarından biridir.
Gələcək zirvədən öncə Ermənistanın gözləmələri haqqında danışaraq, nazirin müavini Aİ üzv ölkələri ilə keçmişdə üstlənmiş öhdəliklərinin tamamilə icra edilməsinə əhəmiyyət verib və xüsusilə viza rejiminin asanlaşdırılması çərçivəsində Ermənistan- Aİ dialoqunun başlanmasının zəruriyyətini vurğulayıb. Bunun məqsədi qarşılıqlı təmaslar üçün təhlükəsiz və məhsuldar şəraitləri yaradaraq, cəmiyyətlərin daha yaxınlaşdırılmasıdır.