Təhlil

Davit Babayan: Bu cür görüşlərdən münaqişənin tam həllini gözləmək doğru deyil

Biz Moskvada keçirilmiş görüşü digər görüşlər kimi qiymətləndiririk, çünki onlar çox önəmlidir, lakin bu cür görüşlərdən münaqişənin bütün məsələlərinin həllini gözləməq doğru deyil.

Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan, Sergey Lavrov və  Elmar Məmmədyarovun görüşünə toxunaraq Panorama.am-in müxbirinə Atsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan bildirib.

“Artsax münaqişəsi ki aləmdən baxılmalıdır. Birincisi, məsələnin əsas nizamlanmasıdır, hansı ki Azərbaycanın dağıdıcı siyasətini nəzarə alaraq uzun sürə bilər. İkincisi isə, regionda sülh və sabitliyin qorunmasıdır. Danışıqlar bu iki aləmdə keçirilir. Təbii, digər məsələlər də müzakirə olunur, lakin əsaslı olan bu məsələlərdir. Bu baxımdan təsadüfi deyil ki, Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaların həyata keçirilmə zərurətliyinə bir daha da əhəmiyyət verilib”,-deyə Babayan əlavə edib ki, görüş zamanı dialoqlar prosesinin davam etdirilməsini vurğulanıb.

Daha çox göstər
Back to top button