İctimaiyyət

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb. Bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır.

2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb.

Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib.

 

Daha çox göstər
Back to top button