Azərbaycanın “qara siyahısına” baxmayaraq Avropa musiqiçiləri Artsaxda keçirilən musiqi festivalını dəstəkləyirlər
Artsax Respublikasında keçirilən “Sülh naminə İncəsənət” adlı ilk beynəlxalq klassiq musiqi festivalı Stepanakertdə qala konserti ilə sona çatdı. İtaliyalı dirijor Luka Ferrini qeyd etdi ki, musiqiçilər Azərbaycanın “qara siyahısı”nı məhəl edərək Artsax Respublikasına gəliblər.
Bu haqda “Kavkazskii uzel” yazır.
Qeyd edilir ki, aprelin 27-30-da Artsaxda bu tədbir “Sülh naminə İncəsənət” layihəsinin çərçivəsində keçirilib.
Artsax Respublikasının Mədəniyyət və Gənclər Nazirliyinin dəvəti ilə italiyalı pianoçu, dirijor Luka Ferrini, skripkaçı Çrtomir Şişakoviç, sloveniyalı klarnetçisi Eje Kotar, belçikalı violonçel ifaçısı Sevak Avanesyan Artsaxa gəliblər.
Qyed edilir ki, “Sülh naminə İncəsənət” layihəsinin bədii rəhbəri italiyalı pianoçusu və dirijor Luka Ferrinidir.
“Mən və həmkərlarım regiondakı çətin vəziyyətdən xəbərdarıq, lakin bu Dağlıq Qaraabağa gəlməmizə məneə ola bilmədi”- deyə Ferrini bildirib.
Dirijor əlavə etdi ki, layihənin iştirakçıları Azərbaycanın “qara siyahısı” haqqında bildilər, lakin bu gəlişinə mane olmadı.
“Əgər incəsənət vasitəsilə biz sülhün gücləndirilməsini dəstəkləyə bilərik, belə layihələri həyata keçirilməlidir”- deyə Luka Ferrini vurğulayıb.