Beynəlxalq

EurasiaNet: “Əliyevlər ailəsinin adı Maltada maliyyə qalmaqalında”

Maltalı bloqçu və araşdırmaçı jurnalist Karuana Qalizia yüksək vəzifə tutan bir neçə Malta siyasi fiqurunu Azərbaycanın birinci ailəsinə bağlanan çirkli pulların yuyulması əməliyyatında günahlandırıb.

Malta baş nazirinin həyat yoldaşı Mişel Muskat, nazir Konrad Mizzi və baş nazirliyin aparat rəhbəri Keyt Skembrinin adı bu əməliyyatda hallanır.

Əgər bu məlumat təsdiq edilirsə, bu Malta hökümətinin dağılması olacaq. Bu haqda informasiya-analitik saytı “EurasiaNet” yazır.

Qalizianın yazdığına görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın sahibi olduğu şirkətdən Keyt Skembrinin və Konrad Mizzinin Panamada qeydiyyatdan keçən “Tillgate Inc” and “Hearnville Inc” şirkətlərinə kredit ödənişləri şəklində böyük məbləğdə pul köçürülüb.

Pullar Maltanın Baş nazirinin həyat yoldaşı Mişel Muskatın da payçısı olduğu üçüncü bir şirkətə – “Egrant Inc”-ə köçürülüb.

Panama sənədlərində bu şirkətlərin adları çəkilib.

Jurnalistin nəşrdən sonra, məlum oldu ki, Qalizianın yazdığına görə, “Pilatus” bankının depozitlərinin 60 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə məxsusdur. Bank bu iddiaları qəbul etməyib.

Qeyd edilir ki, hələ Azərbaycan hakimiyyətinin malta rəsimlərinin hesablarına pul yatırmasının  səbəbi   aydın deyildir. 2014-ci ildə Muscat Bakıyı ziyarət etdi. Onunla jurnalistlər olmayıb, bu isə Malta üçün qeyri-adi bir hadisədir.

2015-ci ildə Muscat  yenidən Bakıya getdi. Səfərdən sonra o qeyd etdi ki, “Azərbaycan sürətlə inkişaf edir”. O Avropaya “ölkədə müsbət psoseselərin ədalətli qiymətləndirməyə” çağırıb.

Aprelin 18-də  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov malta həmkarı Jorj Vella ilə görüşüb.  Eyni zamanada “Times of Malta”-nın bildirdiyinə görə, baş nazir Yusug Muscat mayın 1-də qeyd etdi ki, əgər  pulların yuyulması əməliyyatında  onun və  həyat yoldaşının haqqında məlumat  tapılırsa , o təzliklə istefa edəcək.

“MaltaToday” yazıb ki, Malta maliyyə dünyasının adının AŞPA-da italiyalı deputatla kürü diplomatiyasına bulaşan ölkə ilə birlikdə çəkilməsi suallar yaradır.

Qeyd edilir ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini mühkəmləndirməyə çalışır və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov  böyük ehtimalla  Azərbaycan-Malta əlaqələrindən istifadə edərək,  Aİ-Azərbaycan arasında yenə çərçivə sazişi çərçivəsində  müsbət nəticələr əldə etməyi ümid etdi.

Daha çox göstər
Back to top button