Təhlil

“İslam oyunlarından sonra Azərbaycan hakimiyyəti Bakıdakı tarixi məscidi söküləcək”

İslam oyunlarından sonra Azərbaycanın qeyri-islam siyasəti olan hakimiyyəti Bakıdakı tarixi məscidi söküləcək. Bu barədə İranın “Qafqaz.ir” saytı yazır.

İran mənbəsinin verdiyi məlumata görə, Bakı şəhər Bələdiyyəsinin fərmaı ilə aprelin 11-də Bakının “Nərimanov” küçəsindəki məscidin təkmilləşdirilmə bəhanəsi ilə Hacı Cavad məscidi sökülmək niyyətində idilər, lakin müqavimət olduğundan sökülmə işləri dayandırılıb.

“Qafqaz.ir” məlumat verir ki, Bakıda bu günlərdə keçirilən İslam oyunları başa çatdıqdan sonra Bakı şəhər hakimiyyətləri “Hacı Cavad” məscidin sökülmə işlərini davam edəcəklər.

Əlavə edək ki, Azərbaycan məsələləri üzrə iranlı ekspert Hamed Soltanpur Bakıda keçirilən islam oyunlarına toxunurkən deyib: “Azərbaycanda bir sıra ruhanilərə, o cümlədən Nardaran hadisələri ilə bağlı insanlara qarşı ədalətsiz məhkəmə qərarları qəbul edilir. Bütün bu insan hüquqlarının açıq pozulmasıdır”.

Soltanpur əlavə edib ki, “Azərbaycanlıların əksəriyyəti İlham Əliyev və hakimiyyəti tərəfindən din və mədəniyyətə qarşı törədilən xəyanət barədə bilmirlər. İlham Əliyevin hakimiyyəti Azərbaycan ictimaiyyətinə qarşı böyük xəyanət edib”.

Daha çox göstər
Back to top button