Fletçerin professorları hərbi universitetdə dərs verəcəklər
Mayın 2-dən 6-dək ER Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına hərbi universitetində ABŞ Tavts universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə dərsləri keçirilir.
Dərslər ER Müdafiə Nazirliyinin və “Tavityan” fondunun əməkdaşlığı çərçivəsində təşkil olunmuş.
İlk dərsdə ER Müdafiə naziri Vigen Sarkisyan, “Tavityan” fondunun sədri, xeyriyyəçi Aso Tavityan və Fletçer Hüquq və Diplomatiya məktəbinin dekanı Ceyms Stavridis iştirak ediblər.
Onlar qeyd ediblər ki, dərs kursları davamlı olacaqlar və Ermənistanın təhlükəsizlik sahəsinin mütəxəssislərinə ABŞ-nın aparıcı təhsil müəssisələrindən birinin görkəmli ekspertləri ilə fikir mübadiləsi aparmağa imkan verəcək.
Kurslara Fletçer Hüquq və Diplomatiya məktəbinin təhlükəsizlik məsələləri üzrə professorları Riçard Şults və Mişel Malvesti cəlb ediliblər.
21-ci əsrdə hərbi əməliyyatlar,milli təhlükəsizlik haqqında qərarların alınması, münaqişələrin nizamlanması, böhranların idarə olunması və idarələrarası əməkdaşlığa dair müxtəlif mövzular müzakirə olunacaq.