Beynəlxalq

İranda Ermənistan Respublikasının səfiri Meğri azad iqtisadi zonasının fəaliyyətlərinin istiqamətlərini müzakirə etdi

İranda Ermənistan Respublikasının səfiri Artaşes Tumanyan İranın Mərkəzi vilayətini ziyarət etdi.Orada vilayət başçısı Mahmud Zamani Ğomi, iqtisadi məsələlər üzrə vilayət başçısının müavini Zafar Afşuni, Arak şəhər rəhbərliyi, vilayətin sənaye, mədən və Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin bildirdiyinə görə,vialyət başçısı ilə görüş zamanı tərəflər Ermənistan-İran əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə ediblər.

İqtisadi və regionlararası əməkdəşlığa xüsusi diqqət ayrılıb.

Səfir Tumanyan vilayət başçısına Ermınistanda  investisiya proqramlarının imkanları, xüsusən Meğri azad iqtisadi zonasının fəaliyyətlərinin istiqamətləri, AİB-İran əməkdaşlığının çərçivəsində erməni tərəfinin iştirakı ilə bağlı məsələləri  təqdim etdi.

Mərkəzi vilayətinin Sanaye,Mədənlər və Ticarət Palatasında İranda Ermənistan Respublikasının səfiri vilayətin rəsimləri və təxminən 100 iş adamları ilə görüşüb.

Səfir Tumanyan iş adamlarına Ermənistanın qanunvericiliyi, həyata keçirilən və təkilf edilən iqtisadi planları, cari ticarət rejimləri, biznes mühiti, azad iqtisadi zonaları, turizmi, AİB-İran münasibətləri, Qara dəniz-Fars körfəzi nəqliyyat dəhlizi ilə bağlı məsələlər təqdim etdi.

Daha çox göstər
Back to top button