Siyasət
Rusiya MN nümayəndə heyəti Ermənistana gəlib
Ermənistan Respublikası və Rusiya Federasiyası Müdafiə Nazirliklərinin ikitərəfli əməkdaşlığının 2017-ci il layihəsi çərçivəsində mayın 2-də RF MN hərbi polis idarəsinin rəis müavini, general-mayor Vitali Koxin başçılığı ilə RF Mnüdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistana gəlib.
Bu haqda ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində ER ərazisində RF MN hərbi polis orqanlarının fəaliyyətinə dair erməni-rus dövlətlərarası saziş layihəsi, o cümlədən hərbi polis bölmələrinin fəaliyyətlə bağlı digər məsələləri müzakirə olnacaq.