İctimaiyyət

Ermənistan Suriya əhalisinə humanitar yardım göstərəcək

Ermənistan Respublikası Suriyada zərərçəkmiş əhaliyə humanitar yardım göstərəcək. Müvafiq layihə bu gün hökumətə ER Xİ naziri Edvard Nalbvandyan tərəfindən təqdim edilib.

“Suriyada zərəçəkmiş əhaliyə Ermənistan tərəfindən humanitar yardım göstərilməsinə dair layihəni Sizə təqdim edirəm”.

Layihəyə görə, Suriya münaqişəsindən zərərçəkmiş əhaliyə humanitar yardım göstərmə məqsədilə “Ermənistan” pan-erməni fonduna təqdim etmək üçün Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə ER 2017-ci il dövlət büdcəsi ilə nəzardə alınan ER hökumətinin ehtiyat fondundan 2017-ci ilin ikinci üç ayında 43 milyon dram veriləcək.

Daha çox göstər
Back to top button