Beynəlxalq

ABŞ-da amerikalı jurnalist Azərbaycanın nöbəti lobbiçisini ifşa edib

Fevralın sonunda Amerikanın “The Huffington Post” qəzeti Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsindən yazıb.

Məqalə müəllifi psixiatriya doktoru xanım Mellori Moss-Katsdır. Lakin aşkar olub ki, o da ABŞ-da Azərbaycanın nöbəti lobbiçisidir. Bu barədə “Open Democracy” saytında amerikalı jurnalist Keysi Mişel yazır.

Məqalə müəllifi qeyd edir ki, Amerikanın ən nüfuzlu qəzetlərinin çoxu, o cümlədən “The Washington Post”, “EurasiaNet” Əliyevanın təyin olunmasını “komediya” adlandıraraq tənqid ediblər.

Mellori Moss-Kats hətta öz məqaləsində Əliyevanı ABŞ-nın birninci xanımları Eleonora Ruzvelt və Nensi Reygan ilə müqayisə edib və əlavə edib ki, “Birinci xanım Mehriban Əliyevanı fəxr ilə öz ölkəsinin vitse-prezidenti kimi tanıyacaqdı”.

Mellori Moss-Kats ABŞ-nın “Tool Shed Group” adlı PR kompaniyasının qurucusu ilə əvlidir. ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına görə, sözügedən kompaniya hazırda bir xarici müştəri üçün çalışır. O müştəri isə, Azərbaycan Respublikasıdır.

Daha çox göstər
Back to top button