Təhlil

Azərbaycan heç bir zaman müharibəyə başlamayacaq: Komandos

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin bəyanatı çox təhlükəlidir, lakin o, İlham Əliyevin icazəsi olmadan belə bir şey deyə bilməzdi. Əliyev də belə bir bəyanatı Ərdoğanla müzakirə etmədən etməzdi. Bu haqda “Arajin Lratvakan” –a müsahibədə Artsax müharibəsinin qəhrəmanı, general-mayor Arkadi Ter-Tadevosyan bildirib.

Xatırladaq ki, Elçin Quliyev təhdid etmişdi ki, “Əgər Ermənistan sülh prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik”.

Artsax müharibəsinin qəhrəmanı, əfsanəvi Komandos qeyd edib ki, Azərbaycan yeni müharibəyə hazır deyil və heç vaxt da hazır olmayacaq. Eyni zamanda Arkadi Ter-Tadevosyan əmindir ki, rəqibin hücumlərini gözləmək lazım deyil. İsrail kimi qabaqlayıcı tədbirlər keçirilməlidir.

“Onlar Qarabağa böyük zərər verə bilirlər, lakin “neft barrel”-ində” otururlar və özlərini patlataraq neft dollarlarını itirə bilərlər. Beləliklə də onlar müharibəyə başlamayacaqlar. Onlar pis yaşamırlar və neft dollarları axır. Onlar üçün müharibə faydalı deyil. Əgər heç kəs  Azərbaycanı müharibəyə təhrik etməzsə, onlar heç vaxt müharibəyə başlamayacaqlar. Azərbaycan Türkiyənin ön dəstəsidir.

Hücum edən tərəf öz silahları və gücü ilə rəqibdən 3-4 dəfə çox olmalıdır, çünki Qarabağ dağlıq ölkədir. Hələ ki, onların bu gücü yox və olmayacaq, lakin böyük miqdarda silahları var. Müharibədə ən önəmli olan hərbçidir. Hərbçilərin və insan faktorunun əhəmiyyətli rolu var və buna görə də onlar heç bir vaxt müharibəyə hazır olmayacaqlar. Onların çox silahı var, lakin onlarda insan faktorun bir rolu yox. Bu çoxmillətli ordudur və gedib Qarabağı işğaı etmək üçün ordunun yüksək mənəvi və psixoloji hazırlığı yox”,-deyə general-mayor Arkadi Ter-Tadevosyan vurğulayıb.

Daha çox göstər
Back to top button